525.Az

Ayağını itirən 4 yaşlı İmran peşəkar idmançı ola bilər


 

Ayağını itirən 4 yaşlı İmran peşəkar idmançı ola bilər<b style="color:red"></b> Ötən il Nabranda istirahət mərkəzində ayağını itirən 4 yaşlı İmran Cəfərov Uşaq Paralimpiyasına qoşulub.

525.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsinin İnkişaf, İnformasiya və tədris şöbəsinin müdiri, Uşaq Paralimpiya Komitəsinin icraçı direktoru Kamal Məmmədov bildirib.
 
O, qeyd edib ki, Nabranda ayağından zədə almış İmran Cəfərov valideynləri ilə birlikdə Milli Paralimpiya Komitəsinə dəvət olunub və İmranın Uşaq paralimpiya Komitəsində yaradılmış üzgüçülük idman növünə cəlb olunması təklif olunub.
"İdman növü haqqında ətraflı məlumat verilərək izah edilib ki, İmranın bu idman növünə cəlb edilməsi onun reabilitasiya keçməsi ilə bərabər cəmiyyətə inteqrasiya olunmasına şərait yaradacaq. Görüş zamanı onlar üzgüçülük idman növü üzrə məşqçi ilə tanış edilmiş və qərara alınıb ki, növbəti həftədən İmran məşqlərə başlasın. Məşqlər ilk dövrlərdə komitənin psixoloqu və valideynlərin iştirakı ilə keçiriləcək".
Qeyd edək ki, 2013-cü ilin iyul ayında Nabrandakı istirahət mərkəzlərinin birində ayaqlarından zədə almış 3 yaşlı İmran Cəfərov prezident İlham Əliyevin tapşırığı ilə dövlət hesabına Almaniyada müalicə alıb.
 





21.07.2014    çap et  çap et