525.Az

Qobustan həbsxanasının rəisi dəyişdirildi


 

Qobustan həbsxanasının rəisi dəyişdirildi<b style="color:red"></b>

Penitensiar Xidmətdə yeni təyinatlar olub

Lent.az-ın qurumun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ədliyyə nazirinin müavini, penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Mədət Quliyevin əmri ilə Penitensiar Xidmətin Həbsxanasının rəisi vəzifəsinin müvəqqəti icrası ədliyyə polkovniki Fikrət Qafarova tapşırılıb.
 
M. Quliyevin digər əmri ilə 1 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsinin müvəqqəti icrası isə ədliyyə polkovnik-leytenantı Rövşən Niyazova həvalə edilib.

 





21.07.2014    çap et  çap et