525.Az

İmişlidə yol qəzası: 1 ölü, 6 yaralı


 

İmişlidə yol qəzası: <b style="color:red">1 ölü, 6 yaralı</b> İmişli rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 20-də saat 20 radələrində İmişli rayonu Qaragüvəndikli kəndinin ərazisində rayon sakini Mahir Ənvərlinin idarə etdiyi "Changah" və Şamaxı rayon sakini Şıxməmməd Şıxməmmədovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub.

M.Ənvərlinin sərnişinlərindən həmyerlisi Mehriban hadisə yerində ölüb, özü və digər sərnişini, Beyləqan rayon sakini Fərid Nəzərov, habelə Ş.Şıxməmmədov və sərnişinləri - arvadı Sevinc, qızı Aysun və oğlu Ayxan xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı İmişli RPŞ tərəfindən araşdırma aparılır.
 





21.07.2014    çap et  çap et