525.Az

Sığınacaq istəyən fələstinlilərin sayı yüz mini ötüb


 

Sığınacaq istəyən fələstinlilərin sayı yüz mini ötüb<b style="color:red"></b> BMT-nin Fələstinlilərə yardım üzrə Yaxın Şərq Agentliyi bildirib ki, Qəzza zolağından baş verən son münaqişə zamanı yüz mindən çox fələstinli sığınacaq üçün müraciət edib.
 
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, qurumun təmsilçisi Kris Ginnesss deyib ki, bu, bölgədə baş vermiş 5 il öncəki münaqişə nəticəsində müraciət edənlərin sayından azı iki dəfə çoxdur.
 
Fələstin Muxtariyyəti rəhbərliyi bildirib ki. İyulun 21-də İsrail raketi xəstəxanaya düşüb. 5 nəfər ölüb. Məlumata əsasən, çoxmənzilli yaşayış binasına daha 11 aviazərbə endirilib.
 
Bununla da son 10 gündə hərbi əməliyyatlar nəticəsində ölən fələstinlilərin sayı 550-i ötüb.
 
İsrail hakimiyyəti isə bildirib ki, son 24 saatda daha 7 hərbçisi həlak olub. Son iki həftədə 25 hərbçi həlak olub, 2 mülki israilli ölüb.
 





22.07.2014    çap et  çap et