525.Az

Obama Rusiya və prezident Putini ittiham edib


 

Obama Rusiya və prezident Putini ittiham edib<b style="color:red"></b>

ABŞ prezidenti Barak Obama Rusiyanı “Boeing-777”-nin düşdüyü ərazidə beynəlxalq ekspertlərə əngəllər yaradan rusiyayönlü terrorçuları silahlandırmaqda və onlara döyüş təlimi keçməkdə günahlandırıb.

Lent.az-ın  “UNİAN”a istinadən məlumatına görə, bunu Barak Obama jurnalistlər qarşısında Ukraynanın şərqində “Boeing-777” təyyarəsinin vurulması ilə bağlı çıxışı zamanı bəyan edib.
 
O, Donbasdakı terrorçuların Rusiya ilə sıx əlaqə olduğunu qeyd edib, çünki onlar məhz Rusiyada hazırlanaraq silahlandırılıb: “Rusiyanın terrorçulara çox güclü təsiri var. Rusiya və prezident Vladimir Putin istintaqın əngəllənməsində birbaşa məsuliyyət daşıyır”.
 
Barak Obama qeyd edib ki, bu səbəbdən Rusiya və prezident V.Putin separatçıları istintaqla əməkdaşlığa məcbur etməlidir.
 
 “Bu onların edə biləcəklərinin ən azıdır. Prezident Putin hərtərəfli araşdırmanın tərəfdarı olduğunu bəyan edir, ansaq bu sözlərin arxasında fəaliyyət də olmalıdır. Rusiya təkid etməlidir ki, separatçılar dəlillərlə oynamağa son qoysunlar və ekspertlərə hadisə yerinə girişini tam təmin etsinlər.  Separatçılar və onların rusiyalı himayədarları ekspertlərin təhlükəsizliyinə görə məsuliyyət daşıyırlar. Bu gün biz BMT-də məhz bu məsələlər üzərində çalışacağıq”- deyə Obama qeyd edib.   

 





22.07.2014    çap et  çap et