525.Az

Ziya Məmmədov araşdırma aparacaq


 

Ziya Məmmədov araşdırma aparacaq<b style="color:red"></b> Nəqliyyat naziri Ziya Məmmədov iyulun 25-də Ucar şəhərində Göyçay, Ağdaş, Zərdab və Ucar rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Nəqliyyat Nazirliyindən “Lent.az-a  verilən məlumata görə, vətəndaşların qəbulu onların müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədilə keçirilir.
 
Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı iyulun 23-də saat 09:00-dan 18:00-dək müvafiq olaraq aşağıdakı ünvanlarda aparılacaq:
 
Ucar “31 saylı Yol İstismarı İdarəsi” (Ucar şəhəri, 29-cu məhəllə);
 
Göyçay “13 saylı Yol İstismarı İdarəsi” (Göyçay şəhəri, X.B.Natəvan küçəsi-10 (Göyçay körpüsünün yanı));
 
Ağdaş “14 saylı Yol İstismarı İdarəsi” (Ağdaş rayonu, Yuxarı Qəsil kəndi);
 
Zərdab “32 saylı Yol İstismarı İdarəsi” (Zərdab rayonu, Əlvənd magistral yolunun 3-cü km).
 





22.07.2014    çap et  çap et