525.Az

"Özgəyə quyu qazan özü düşər": 1 ölü, 3 yaralı


 

"Özgəyə quyu qazan özü düşər": <b style="color:red">1 ölü, 3 yaralı</b> Kəlbəcər rayonunun şimal hissəsində “Vilis” markalı avtomobil minaya düşüb.

Modern.az saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, ilkin məlumata görə bir nəfər ölüb, üç nəfər yaralanıb. Yaralananlar arasında Ermənistanın Armavir şəhərinin meri Ruben Xlqatyan da var. Onu və digər yaralıları helikopterlə Yerevandakı “Erebuni” tibb mərkəzinə aparıblar.

Ölən Aram adlı şəxsin Xlqatyanın sürücüsü olduğu bildirilir.
 





22.07.2014    çap et  çap et