525.Az

Putin qış vaxtına keçid qanununu imzaladı


 

Putin qış vaxtına keçid qanununu imzaladı<b style="color:red"></b>

İyulun 22-də Rusiya prezidenti Vladimir Putin ölkənin qış vaxtına keçməsi ilə bağlı qanunu imzalayıb.

Media forumun məlumatına görə, yeni qanunla bu il oktyabrın 26-dan Rusiyanın bir çox bölgələrində saatların əqrəbi bir saat geri çəkiləcək. Bundan sonra daha əqrəblərin irəli-geri çəkilməsi, yəni yay-qış vaxtlarına keçilməsi prosesi olmayacaq.

Beləliklə, oktyabrın 26-dan qış vaxtına keçən Rusiya həmişəlik bu vaxtda qalacaq.

Rusiya yay-qış vaxtının tətbiqini 2011-ci ilin payızından dayandırıb.

 





22.07.2014    çap et  çap et