525.Az

Dünyanın ən uzun ömürlü cütlüyü


 

Dünyanın ən uzun ömürlü cütlüyü<b style="color:red"></b>

87 il evli olan cütlük “Ginnesin Rekordlar kitabı”na daxil olmağa hazırlaşır.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hazırda İngiltərədə yaşayan, əslən hindistanlı olan, 6 yanvar 1925-ci ildə ailə həyatı quran tərəflərdən biri 107, digəri isə 100 yaşındadır.

Çandlar ailəsi evliliyin bu  qədər uzun olmasının səbəbini bir-birlərinə qarşı son dərəcədə diqqətli olmaqda görürlər. 107 yaşlı Karam bu illər ərzində xanımı üçün nələr etdiyini deyib:

“Mən hər zaman həyat yoldaşımı sevindirərək onda xoş əhval-ruhiyyə yaradıram.Onu o qədər çox sevirəm ki, 80 il də bir yerdə yaşamaq üçün əlimdən gələni edərəm”.

Xanım Katari Çand isə öz növbəsində əri üçün gözəl yeməklər hazırladığını qeyd edib:

“Sağlıq çox önəmlidir. Birgə yaşlana bilmək üçün həyat yoldaşıma yaxşı baxmışam. Hər zaman bir yerdə olmuşuq. Heç vaxt ayrı yaşamamışıq”.

Qeyd edək ki, “Ginnesin rekordlar kitabı”na görə, dünyanın ən uzun ömürlü cütlüyü ABŞ-da yaşayan, 1929-cu ildə ailə həyatı quran Marşall N. və Vinnie Kuykendalldır.

8 övladı, 28 nəvəsi olan Çand cütlüyü isə kitabın 2014-cü il nəşrində yer alaraq rekordu yeniləyəcəklər.

Nigar Məhərrəm

 





02.11.2012    çap et  çap et