525.Az

Milli Şuranın sessiyasının yeri ilə bağlı fikir ayrılığı yaranıb


 

Milli Şuranın sessiyasının yeri ilə bağlı fikir ayrılığı yaranıb<b style="color:red"></b>

Demokratik Qüvvələrin Milli Şurasının növbəti sessiyası gecikir.

VHP Ali Məclisinin sədri, Milli Şuranın üzvü Rafiq Manaflı APA-ya açıqlamasında sessiyanın gecikməsinin yer problemi ilə bağlı olduğunu deyib.
 
Milli Şuranın sədri Cəmil Həsənli də APA-ya açıqlamasında bildirib ki, sessiya keçirmək üçün özəl müəssisələrə müraciət ediblər, lakin hələlik razılıq alınmayıb.
 
Qeyd edək ki, Milli Şura indiyədək sessiyalarını KXCP-nin qərargahında keçirib. Sessiyanın KXCP-nin qərargahında hansı səbəbdən keçirilmədiyi barədə suala cavabında C. Həsənli bildirib ki, KXCP ehtiyat yer kimi saxlanılır.
 
“Bizim KXCP-dən başqa da yerimiz olmalıdır. Müraciət etdiyimiz müəssisələr razılıq versə də, sonradan imtina ediblər. Ancaq biz yenə də cəhd edəcəyik”, - deyə o vurğulayıb.
 
KXCP sədri Mirmahmud Mirəlioğlu isə APA-ya açıqlamasında deyib ki, ayrı-ayrı fərdlər üçün yer problemi ola bilər, ancaq ümumilikdə Mili Şuranın sessiyası ilə bağlı yer problemi yoxdur: “Bizim qərargahımız var, sessiya istənilən vaxt burda keçirilə bilər. KXCP-nin qərargahı Mili Şuranın sessiyası üçün hazırdır. Əgər bizim qərargahımızı ehtiyat yer kimi saxlayırlarsa, onlara təşəkkür edirik”.

 





22.07.2014    çap et  çap et