525.Az

“NATO-nun sərhədlərimizə yaxınlaşmasına adekvat cavab verəcəyik”


 

“NATO-nun sərhədlərimizə yaxınlaşmasına adekvat cavab verəcəyik”<b style="color:red"></b>

NATO-nun hərbi infrastrukturunun sərhədlərimizə yaxınlaşmasına adekvat cavab verəcəyik.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının iclasında bəyan edib.


Putin qeyd edib ki, NATO-nun ordu birləşmələri Şərqi Avropa ölkələrində, xüsusilə də Qara və Baltik dənizləri akvatoriyalarında nümayişkəranə şəkildə gücləndirilir.


Onun sözlərinə görə, Rusiya sərhədlərinə yaxınlaşmaqda olan ABŞ-ın raketlərdən müdafiə sistemi Vaşinqtonun hücum sisteminin bir hissəsidir: “Bizə deyirlər ki, raketdən müdafiə sistemi müdafiə üçündür, amma heç də belə deyil”.

 





22.07.2014    çap et  çap et