525.Az

Yadigar Sadıqlının apellyasiya şikayəti qismən təmin edilib


 

Yadigar Sadıqlının apellyasiya şikayəti qismən təmin edilib<b style="color:red"></b>

Şirvan Apellyasiya Məhkəməsində Müsavat Partiyası başqanının həbsdə olan müşaviri Yadigar Sadıqlının apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə qərar elan olunub. Qərara əsasən, Y. Sadıqlının cəzası 6 ildən 4 ilə endirilib.
 
Qeyd edək ki, Y. Sadıqov ötən il iyunun 27-də Lənkəran şəhər sakini, 2-ci qrup Qarabağ əlili Rəşid Kərimovun şikayəti əsasında saxlanılıb. R. Kərimov iyunun 25-də Lənkəranın Cavanşir küçəsindəki çayxananın qarşısından keçərkən Yadigar Sadıqlının iki nəfərlə birgə onu döydüyünü bildirib. Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Y. Sadıqlı 6 il müddətinə azadlıqdan məhrum edilib.

 





22.07.2014    çap et  çap et