525.Az

"Qarabağ"-dan möhtəşəm qələbə


 

"Qarabağ"-dan möhtəşəm qələbə<b style="color:red"></b>

Dünən Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Qol.Az-ın məlumatına görə, turnirdə yeganə təmsilçimiz “Qarabağ” da bu gün meydana çıxıb.

Qurban Qurbanovun komandası doğma meydanda Maltanın “Valletta” klubu ilə qarşılaşıb. Səfərdə keçirilən ilk oyunda 1:0 hesabı ilə qalib gələn "Qarabağ" cavab oyununa üstün durumda çıxıb. Ağdam təmsilçisinə növbəti mərhələyə yüksəlmək üçün istənilən hesablı heç-heçə də sərf edirdi. Bu görüşdə "Qarabağ" rəqibini darmadağınla qalib gələrək növbəti mərhələyə yüksəlib - 4:0.

Qeyd edək ki, "Qarabağ"ın üçüncü təsnifat mərhələsindəki rəqibi Avstriyanın "Zalsburq" klubu olacaq. Bu komandalar arasında ilk oyunun iyunun 30-da baş tutacaq.

22 iyul

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları

21:30."Qarabağ” (Azərbaycan) – “Valletta” (Malta) (İlk oyun - 1:0) - 4:0
Hakimlər: Sergey Tsinkeviç, Yevgeni Ramanov, Vitali Malyutsin, Denis Şerbakov (hamısı Belarus).
Qollar: Reynaldo, 15 (1:0), Çumbinyo, 48 (2:0), Danilo Dias, 56 (3:0), Leroy Corc, 80 (4:0)
Qırmızı vərəqələr: Conathan Karuana, 19 ("Valletta"), Rayan Feneç, 84 ("Valletta")
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

"Qarabağ": İbrahim Şehiç, Qara Qarayev, Admir Teli (k), Ansi Aqolli, Bədavi Hüseynov, Reynaldo, Danilo Dias, İlqar Qurbanov, Riçard Almeyda, Leroy Corc, Çumbinyo

"Valletta": Vella, Karuana, Azzopardi,  Dimeç, Feneç (k), Faria, Briffa, Bayada, Nafti, Elford - Alliyu, Yan Zammit

 





23.07.2014    çap et  çap et