525.Az

Atəşkəs rejimi 24 dəfə pozulub


 

Atəşkəs rejimi 24 dəfə pozulub<b style="color:red"></b>

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini ümumilikdə 24 dəfə pozublar.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimizi atəşə tutulub.

Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Horadiz, Tərtər rayonunun Çaylı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
 
Düşmən cavab atəşi ilə susdurulub.

 





23.07.2014    çap et  çap et