525.Az

Həmas İsrail təyyarəsini vurdu


 

Həmas İsrail təyyarəsini vurdu<b style="color:red"></b> İsrailin F 16 markalı qırıcı təyyarəsi Qəzza yaxınlığında raketlə vurulub.

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumata görə, Həmasın hərbi qanadının nümayəndəsi olan İzəddin Əl-Kassam bəyan edib ki, İsrail ordusuna aid hərbi təyyarə Qəzzanın mərkəzində Deyr Əl-Bəlah bölgəsinə zərbə endirmək istəyərkən raketlə vurulub.

Vurulan təyyarə ilə bağlı İsrail tərəfindən hələlik açıqlama verməyib.
 
Qeyd edək ki, İsrail iyulun 7-də  “Qoruyucu Xətt” adı altında Qəzzaya havadan, 10 gün sonra isə qurudan hücuma keçib. Hücum nəticəsində 635 Fələstin vətəndaşı həyatını itirib, 4 min nəfər isə yaralanıb.
 





23.07.2014    çap et  çap et