525.Az

Bakıda maskalılar şirkətə basqın edib pulla dolu seyfi apardılar


 

Bakıda maskalılar şirkətə basqın edib pulla dolu seyfi apardılar<b style="color:red"></b> İyulun 3-də Bakıda törədilmiş quldurluq əməlinin üstü açılıb.

Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, K.Rəhimov küçəsində yerləşən “Gilan Aqro” MMC-yə məxsus ofisə 2 nəfər maskalı şəxs açıq qapıdan daxil olmaqla 1957-ci il təvəllüdlü mühafizəçi İntiqam Axundova zor tətbiq etməklə, əllərini skoçla bağlayıb mühasibat otağından, içərisində 60 min manat, 4180 ABŞ dolları olan dəmir seyfi aparıb.

Nərimanov RPİ CAŞ, TŞX və 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Elnur Məmmədov tutulub, cinayətdə şübhəli bilinən digər şəxsin tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
 
Araşdırmalar davam etdirilir.
 





23.07.2014    çap et  çap et