525.Az

İranla Azərbaycan məhbusları dəyişdirəcək


 

İranla Azərbaycan məhbusları dəyişdirəcək<b style="color:red"></b>

Yaxın günlərdə İran və Azərbaycan arasında məhbusların qarşılıqlı təhvil verilməsi gözlənilir.

Bunu APA-ya İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bildirib. Səfir qeyd edib ki, İran səfirliyi ilə Azərbaycan Ədliyyə Nazirliyi arasında gedən danışıqlarda yaxın günlər üçün təhvil verilməsi gerçəkləşəcək məhbusların siyahısı dəqiqləşib: “Azərbaycanın cəzaçəkmə müəssisələrində olan 35 İran vətəndaşının ölkəmizə təhvil verilməsi barədə razılığa gəlmişik. Yaxın günlərdə bu məsələ öz həllini tapacaq.

Eyni zamanda, İrandakı cəzaçəkmə müəssisələrindən 12 Azərbaycan vətəndaşının təhvil verilməsi barədə danışıqlar gedir. Bu istiqamətdə intensiv işlər aparırıq və davamlı olaraq Azərbaycan hökuməti ilə əlaqə saxlayarıq”.

 





23.07.2014    çap et  çap et