525.Az

Sumqayıtda ağır yol qəzası baş verib


 

Sumqayıtda ağır yol qəzası baş verib<b style="color:red"></b> Sumqayıtda “Mitsubishi” və “Hyundai” markalı iki avtomobil toqquşub.

Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə bu gün saat 01 radələrində baş verib. Şəhər sakini Ziyafət Mürsəlovun idarə etdiyi “Mitsubishi” və Bakı şəhər sakini Elman Quliyevin idarə etdiyi “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində xəsarət almış E.Quliyev və sərnişinləri, oğlu Elmir, arvadı Gülnar və Sumqayıt şəhər sakini Xəzangül Quliyeva xəstəxanaya yerləşdiriliblər.
 
Sumqayıt Şəhər Polis şöbəsi tərəfindən araşdırılma aparılır.

 





23.07.2014    çap et  çap et