525.Az

Binəqədi rayonunda 22 İyul Milli Mətbuat günü münasibətilə tədbir keçirildi


 

Binəqədi rayonunda  22 İyul Milli Mətbuat günü münasibətilə tədbir keçirildi<b style="color:red"></b>

İyulun 21- Binəqədi rayonunda mətbuat işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib. Binəqədi rayon İcra Hakimiyyətinin inzibati binasında gerçəkləşən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli, bir sıra mətbu orqanların rəhbərləri KİV nümayəndələri iştirak ediblər.

Tədbiri giriş nitqi ilə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov açıb. İlk öncə Alı Mustafayev, Salatın Əsgərova, Çingiz Mustafayev  öz peşə borclarını layiqincə yerinə yetirən Vətən uğrunda canlarından keçən neçə-neçə jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. X.İsgəndərov jurnalistləri peşə bayramları münasibətilə təbrik edərək bir xalqın tərəqqisini, xüsusilə milli şüurunun inkişafını mətbuatsız təsəvvür etməyin çətin olduğunu diqqətə çatdırıb. Natiq davamlı olaraq tərəqqidə olan mətbuatın inkişafını şərtləndirən başlıca amil kimi ölkəmizdə yaradılmış demokratik mühit, söz ifadə azadlığının təmin olunması, plüralizm ən əsası mətbuata göstərilən dövlət qayğısını vurğulayıb. İcra başçısı Ümummilli Lider Heydər Əliyevin senzuranı ləğv etməsini mətbuatın inkişafını sürətləndirməklə yanaşı, bu sahənin sağlam təməllər üzərində dayanması, mətbuatın zəngin  şərəfli tarixinə layiq fəaliyyət göstərməsinə güclü stimul yaratdığını deyib. X.İsgəndərov Prezident İlham Əliyevin mətbuatın tərəqqisini daim diqqətdə saxlaması bu sahənin inkişafına əsaslı təsir göstərməklə yanaşı həm mətbuatın fəaliyyətində hər kəsin üzərinə məsuliyyət qoyduğunu qeyd edib.

Tədbir "Binəqədi" qəzetinin baş redaktoru Rüfət Mərdanov, "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənov, "Respublika"qəzetinin baş redaktor müavini Hümbət Musayev, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlunun KİVDF-nin icraçı direktoru Vüqar Səfərlinin çıxışları ilə davam edib.

Tədbirin sonunda peşə bayramları münasibətilə KİV nümayəndələrinin mükafatlandırılması mərasimi olub.

 





23.07.2014    çap et  çap et