525.Az

Azərbaycan Dövlət Pedaqoji Universiteti dəvət edir


 

Azərbaycan Dövlət Pedaqoji Universiteti dəvət edir<b style="color:red"></b>

Artıq ali məktəblərə sənəd vermiş abituriyentlər imtahanlarını başa vuraraq ixtisas seçimi mərhələsini gözləyirlər. Milli  təhsilimizin  inkişafında, yüksək  ixtisaslı  pedaqoji  kadr hazırlığında 90  ildən artıq müddət  ərzində  şərəfli  inkişaf  yolu keçən Azərbaycan  Dövlət  Pedaqoji  Universiteti (ADPU) abituriyentləri bu təhsil ocağını seçməyə çağırıb.

ADPU-nun Pedaqogika psixologiya fakültəsinin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Şəhla Əliyeva bizimlə söhbətdə bildirdi ki, abituryentlər bu universiteti seçərlərsə, onların gələcəyi əmin əllərdə olacaq. Ş.Əliyevanın sözlərinə görə, təhsilimizin  inkişafında, həmçinin yüksək  ixtisaslı  pedaqoji  kadr hazırlığında 90  ildən artıq müddət ərzində  şərəfli  inkişaf  yolu keçən ADPU-nun professor-müəllim  heyəti onun məzunlarının xüsusi  payı var. O, abituriyentləri məhz universitetin bu sahədə olan uzun illik təcrübəsindən faydalanmağa dəvət edib: "Cəmiyyətin inkişafında təhsil müstəsna rola malikdir. Hər bir ölkənin bu günü gələcəyi onun təhsil sisteminin  səviyyəsindən asılıdır. Təhsil sistemində isə əsas, həlledici sima məhz müəllim kollektividir. Müəllim adı, müəllim statusu çox  məsuliyyətli  çox  şərəflidir.  Müəllim peşəsi sözün həqiqi mənasında gənc nəslin formalaşmasının memarıdır. Bu peşəni seçən gənc oğlan qızlar öz sevimli müəllimlərinin taleyüklü işini davam etdirmək şərəfinə nail olacaqlar. Gələcəkdə  bu  nəcib peşəni  seçən  insanlar  bütün mənalı  həyatı  boyu  yorulmadan gənclərimizə  təlim - tərbiyə verməklə, xalqımızın gələcəyini formalaşdırır, milli inkişafımıza öz  layiqli töhfələrini verirlər. Çünki  xalq, ölkə, dövlət  dedikdə ilk  olaraq  bu  ərazidə yaşayan insanlar, onların  ümumi inkişaf səviyyəsi, intellekti,  potensialı yada düşür. Bu potensialı  isə  məhz müəllimlər formalaşdırır. Çox sevindirici haldır ki, Pedaqoji Universitetin müəllim heyəti uzun illərdir ki, müəllim peşəsinə, müəllim adına sədaqətlə xidmət edərək, tələbələrimizin Vətənə layiq övlad kimi yetişməsində, eləcə intellektə, savada sahib olmasında mühüm rol oynayır. Biz abituriyentləri bu üstünlüklərimizdən faydalanmağa çağırırıq".  

Ş.Əliyeva universitetdə həyata keçirilən dərs sistemindən söz açıb: "İşimizi Boloniya prosesinin prinsiplərinə uyğun olaraq yeni standartların tələbləri gözlənilməklə ali pedaqoji təhsilin məzmununun zamanın tələblərinə uyğun qurulması, keyfiyyətin yüksəldilməsi, şəffaflıq ədalətlilik prinsiplərinin təmin olunması, maliyyələşdirmə idarə olunmanın təkmilləşdirilməsi, əməkdaşlığın beynəlxalq əlaqələrin genişləndirilməsi, pedaqoji kadr hazırlığında yeni modellərin tətbiqi sahələrinə yönəltməyə çalışdıq hesab edirik ki, bu istiqamətdə universitetimizdə diqqətəlayiq nailiyyətlər qazanılıb. Universitet rəhbərliyinin bu sistemi tətbiq etməsinin başlıca məqsədi məhz tələbələrin qarşısına çıxa biləcək neqativ halların aradan qaldırılması, habelə onların yüksək səviyyəli təhsilə yiyələnməsinə xidmət edir.

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən kadr hazırlığı sahəsində ötən bir  il ərzində əhəmiyyətli qərarlar qəbul olunmuşdur . Pedaqoji kadr hazırlığı üzrə bir sıra yeniliklər tətbiq edilmişdir. Bu yeniliklərdən biri   yeni tədris ilindən  müəllim ixtisasını öz istəkləri ilə seçən yüksək balla   qəbul olunan  gənclərə xüsusi imtiyazlar  tətbiq ediləcəkdir. Ali təhsil müəssisələrinə qəbulda 500 daha yüksək bal toplayan ixtisas seçimində birinci müəllimlik ixtisasını qeyd edən ilk 300 tələbəyə 100 manat məbləğində əlavə təqaüd veriləcəkdir.

Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcək bu proqram müəllim peşəsi seçimində bir sıra problemlərin həllinə yol açacaq öz müsbət nəticələrini verəcəkdir,tələbələrin bu sahəyə cəlb olunmasına zəmin yaradacaqdır. Əlavə təqaüdün verilməsi bu peşəyə istək məhəbbəti olan gənclərin bu sahəyə gəlişinə stimul yaradacaqdır.

Biz ali pedaqoji təhsilin öncülü bayraqdarı olan Azərbaycan Dövlət Pedaqoji Universiteti olaraq gələcək ixtisas seçiminə gedəcək tələbələrə ali təhsilli pedaqoji kadr hazırlayan, köklü ənənələri olan qocaman təhsil ocağını seçməyə dəvət edirik".

 VƏFA

 





23.07.2014    çap et  çap et