525.Az

Con Kerri İsrailə gedib


 

Con Kerri İsrailə gedib<b style="color:red"></b> ABŞ-ın dövlət katibi Con Kerri İsrailə gedib.

Lent.az-ın Associated Press agentliyinə istinadən məlumatına görə, ABŞ Federal Aviasiya Administrasiyası İsrailə uçuşları qadağan etsə də, dövlət katibi Amerikanın Hərbi Hava Qüvvələrinin təyyarəsi ilə Təl-Əvivə uçub. C.Kerri Təl-Əvivdə İsrailin baş naziri Benyamin Netanyahu, Fələstinin lideri Mahmud Abbas və BMT-nin baş katibi Pan K -Mun ilə danışıqlar aparacaq.
 
Bildirilir ki, son 24 saat ərzində ABŞ və Avropanın aviasiya şirkətləri bu uçuşun təhlükəsizliyini təmin etmək üçün Təl-Əvivə bütün uçuşları dayandırıblar. Buna səbəb isə iyunun 22-də Ben-Qurion hava limanının 14 kilometrliyindəki evə raket düşməsi olub.
 
Qeyd edək ki, ABŞ dövlət katibi bir qədər əvvəl Qahirədə Misirin prezidenti Abdelem-Fəttah al-Sisi ilə görüşüb. Görüşdə C.Kerri ərəb ölkələrinin liderləri ilə Qəzzadakı hərbi əməliyyatların dayandırılması şərtləri müzakirə olunub.
 





23.07.2014    çap et  çap et