525.Az

"Bakıda olmamağım "Elsfborq"a təsir etməyəcək"


 

"Bakıda olmamağım "Elsfborq"a təsir etməyəcək"<b style="color:red"></b>

"Viza almaq üçün səfirliyə daha öncə müraciət etməli idik. Ancaq bunu bilmirdik. Gəzə bilsəydəm, yaxşı olardı. Artıq nəyisə dəyişmək üçün çox gecdir. Təbii ki, komandamın yanında olmamaq çox ağırdır".

Qol.Az-ın məlumatına görə, bu sözləri omba sümüyünü qırdığı üçün əlil arabası ilə gəzən "Elfsborq" klubunun baş məşqçisi Klas İnqesson İsveç mətbuatına açıqlamasında deyib.

Səhhətindəki problemlər səbəbindən viza üçün vaxtında müraciət etməyən, bu səbəbdən də Bakıya gələ bilməyən 45 yaşlı mütəxəssis onun yoxluğunun komadasının oyununa təsir etməyəcəyini bildirib: "Özümü yaxşı hiss edirəm. Hər şey qaydasındadır. Mənim Bakıda olmamağımın komandamın oyununa təsir edəcəyini düşünmürəm. Son vaxtlar birgə çox iş görmüşük. İlk oyunda biz adət etdiyimiz "Elfsborq"u görmədik. Səfərdə daha yaxşı oynaya bilərik. Növbəti mərhələyə çıxmaq üçün şansımız var. Bakıda qələbə qazanmaq mümkünsüz deyil. Əgər hesabı açsaq, bunun ardını gətirə bilərik".

Qeyd edək ki, "İnter" - "Elfsborq" oyunu sabah, saat 21:00-da başlayacaq. Bu komandalar arasında baş tutan ilk görüşdə "İnter" 1:0 hesabı ilə qələbə qazanmışdı.

 





23.07.2014    çap et  çap et