525.Az

Prokuror İran xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirləndirilən şəxslərə cəza istəyib


 

Prokuror İran xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirləndirilən şəxslərə cəza istəyib<b style="color:red"></b>

Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən Vəliyev Hafiz Ramiz oğlu və Ağamirov Ağamir Novruz oğlunun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edərək, hər iki şəxsə ömürlük cəza istəyib.
 
Qeyd edək ki, hər iki şəxs İran xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirləndirilir.
 
Onlar Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur.

 





23.07.2014    çap et  çap et