525.Az

Ruslar dispetçerə 100 min dollar vəd edir


 

Ruslar dispetçerə 100 min dollar vəd edir<b style="color:red"></b> İyunun 17-də Ukraynada Malayziya Hava Yollarına məxsus “Boeng-777” sərnişin təyyarəsinin vurulmasının səbəblərini üzə çıxarmaq üçün maraqlı aksiya başladılıb.

Lent.az-ın lenta.ru-ya istinadən verdiyi məlumata görə, "UkSATSE”- Ukrayna Hava yollarına nəqliyyatına nəzarət mərkəzinin dispetçerinə “LifeNews” telekanalı 100 min dollar mükafat vəd edib. Bildirilir ki, Ukrayna Təhlükəsizlik Xidməti dispetçerlərin kiminləsə ünsiyyət qurmasını qadağan edib.
 
Dispetçerlərə bildirilib ki, Rusiyanın Xüsusi Xidmət Orqanlarının əməkdaşlarını özlərini jurnalist kimi qələmə verib onlardan informasiya ala bilərlər. Bu səbəbdən də, onlar kimsə ilə danışmamalıdırlar.
 
Bundan əlavə kanal onu da bildirib ki, “Boeng-777”nin vurulması ilə bağlı öz araşdırmalarına başlayıblar.
 
Qeyd edək ki, iyulun 17-də Donets vilayətində vurulan “Malaysia Airlines” aid təyyarədə 298 adam olub. Qəzadan sağ çıxan olmayıb.
 





23.07.2014    çap et  çap et