525.Az

Ağdaşda ağır yol qəzası baş verib


 

Ağdaşda ağır yol qəzası baş verib<b style="color:red"></b>

Bu gecə Ağdaş rayonunda ölümlə nəticələnən yol qəzası qeydə alınıb.

525.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN)  saytına istinadən məlumatına  görə, Ağdaş rayonu, Bakı-Şamaxı-Yevlax yolunun Aşağı Zeynəddin kəndi (rayon mərkəzindən 5 km aralı) ərazisindən keçən hissəsində vətəndaşa məxsus "Mercedes" markalı sərnişin avtobusu ilə 1961-ci il təvəllüdlü Loğman Fərrux oğlu Osmanova məxsus "VAZ" markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.
 
FHN-nin uyğun xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sürücüsü L. Osmanov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.
 
Sürücünün cəsədi yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Əməliyyat saat 03:39-da başa çatıb.

 





24.07.2014    çap et  çap et