525.Az

2 gün sonra oğurluq etdiyi evə qayıtdı


 

2 gün sonra oğurluq etdiyi evə qayıtdı<b style="color:red"></b> Bakıda axtarışda olan daha bir nəfər tutulub.

Lent.az-ın Bakı şəhər Baş Polis İdarəsinə istinadən verdiyi məlumata görə, iyulun 21-də M. Ağayev küçəsində yaşayan Cəmilə Qurbanova Nizami rayon 23-ü Polis Bölməsinə müraciət edərək bildirib ki, iyulun 19-da Mətləb adlı tanışı onun evindən 800 manat pul oğurlayıb.
 
Qadın əlavə edib ki, iyulun 21-də həmin şəxs yenidən onun evinə gəlib və bu dəfə onu döyərək əl çantasında olan 250 manatını götürüb. Nizami rayon 23 Polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Mətləb Məmmədov tutulub.
 
Cinayət işi bağlı araşdırmalar başlanıb.
 





24.07.2014    çap et  çap et