525.Az

"İlk oyunda "Neftçi"yə qalib gəlməyi bacardığımızı sübut etdik"


 

"İlk oyunda "Neftçi"yə qalib gəlməyi bacardığımızı sübut etdik"<b style="color:red"></b>

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində bu gün "Neftçi" ilə qarşılaşacaq "Koper" klubunun futbolçusu Matey Palçiç oyunla bağlı fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, Sloveniya mətbuatına danışan 21 yaşlı futbolçu "Neftçi" ilə cavab matçının çətin keçəcəyini bildirib:

"Neftçi" ilə cavab oyunu çətin keçəcək. Ancaq biz narahat deyilik. "Neftçi" yaxşı komandadır və onları qiymətləndirməmək olmaz. Bununla belə, ilk oyunda "Neftçi"yə qalib gəlməyi bacardığımızı sübut etdik. Əgər doğma meydanda da Bakıdakı kimi oynasaq, mərhələni keçəcəyik".

Qeyd edək ki, "Koper" - "Neftçi" oyunu bu gün, Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

 





24.07.2014    çap et  çap et