525.Az

Diaspora Ukraynada iftar süfrəsi verib


 

Diaspora Ukraynada iftar süfrəsi verib<b style="color:red"></b> İyulun 22-də Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporasının Odessa təşkilatı Ramazan bayramı münasibətilə iftar süfrəsi təşkil edib.

Lent.az- ın məlumatına görə, tədbirdə müxtəlif millətlərin təmsilçiləri olan 500 nəfərə yaxın insan, qadınlar, eləcə də uşaqlar iştirak edib. İftardan öncə namaz qılınıb. Ukraynada tezliklə sülh və əmin-amanlığın bərqərar olunması üçün Allaha dualar edilib.
 
Sonra Odessa müsəlmanları cəmiyyətinin rəhbərlərindən Şeyx İlyas, Hacı Malik, Hacı Məhəmməd və Odessa təşkilatının sədri Anar Ağayev çıxışlar edərək  Ramazan ayının mahiyyəti ilə bağlı məlumat verib.
 





24.07.2014    çap et  çap et