525.Az

Bakıda yeni tunel tikilir


 

Bakıda yeni tunel tikilir<b style="color:red"></b> Bakıda keçiriləcək Birinci Avropa oyunları ilə əlaqədar olaraq yollarda da təmir tikinti işi gedir.

Lent.az-ın Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-yə istinadən verdiyi məlumata görə 2015-ci ildə Bakıda keçiriləcək Birinci Avropa Oyunları ilə əlaqədar Böyükşor gölü ətrafında tikilən Olimpiya stadionuna nəqliyyat vasitələrinin birbaşa təhlükəsiz və maneəsiz çıxışını təmin edəcək avtomobil yolunun Ziya Bünyadov prospekti ilə kəsişməsində 2-ci tunel tipli yolötürücüsünün tikintisi davam etdirilir.

Tunelin yanaşma yolları ilə birlikdə uzunluğu 510m, qapalı hissəsi 53,4m, eni isə 34,2m təşkil edəcək.
 
6 hərəkət zolağı üçün nəzərdə tutulan tunel tipli yolötürücüsünün svay-qazma işləri və qapalı hissənin bir tərəfində dəmir-beton tirlərin quraşdırılması yekunlaşıb. İstinad divarlarının 40, yanaşma yollarında qazıntı işlərinin 65 faizi başa çatdırılıb. Hazırda döşəmə hissəsində armaturlanma işləri gedir. Yaxın günlərdə həmin hissənin betonlanmasına başlanılacaqdır.
 
Tunel istismara verildikdən sonra yeni tikilən avtomobil yolundan Olimpiya stadionu ərazisinə nəqliyyat vasitələrinin birbaşa təhlükəsiz hərəkətini təmin etməklə yanaşı, həmin hissədə dairəvi hərəkət üçün nəzərdə tutulan avtomobil yolları ilə bağlantılara imkan yaradacaqdır.
 





24.07.2014    çap et  çap et