525.Az

Belarus Azərbaycana 153 ədəd döyüş tankı satıb


 

Belarus Azərbaycana 153 ədəd döyüş tankı satıb<b style="color:red"></b> Belarus 2004-2012-ci illərdə Azərbaycana 153 ədəd döyüş tankı satıb.
 
APA-nın məlumatına görə, bu barədə BMT Adi Silahlar Registrində bildirilib.
 
Registrə təqdim olunmuş məlumatlara görə, rəsmi Minsk Azərbaycana T-72 tanklarının müxtəlif modifikasiyaların satıb.
 
Bununla yanaşı, hesabat dövründə Azərbaycana 132 ədəd artilleriya sisteminin satışı gerçəkləşdirilib ki, bunun da 120 ədədini D-30 topları, 12 ədədini isə 2S7 «Pion» özüyeriyən haubitsaları təşkil edib.
 
Hesabat dövründə Azərbaycan Belarusdan həmçinin 60 ədəd BTR-70 zirehli transportyoru, 11 ədəd Su-25 döyüş təyyarəsi alıb.
 
Qeyd edək ki, hesabatda 2013-cü ildə Bakıda hərbi parada nümayiş olunmuş, Belarusdan satın alınan «Buk-MB» zenit-raket kompleksləri barədə məlumat yer almayıb.
 





24.07.2014    çap et  çap et