525.Az

Mübariz Qurbanlı Dövlət Komitəsində ilk iclasını keçirdi


 

Mübariz Qurbanlı Dövlət Komitəsində ilk iclasını keçirdi<b style="color:red"></b>

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollektivinin ümumi iclası keçirilib.

Modern.az-ın məlumatına görə, iclasda Dövlət Komitəsinin yeni sədri Mübariz Qurbanlı, DQİDK-nın mərkəzi aparatının işçiləri, habelə bölgə şöbə müdirləri iştirak ediblər.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək bundan sonra DQİDK-nın qarşısında duran vəzifələr barədə məlumat verib. Bildirib ki, dövlət-din münasibətləri strategiyası ölkəmizdə yaşayan  müxtəlif dini inanclara sahib olan vətəndaşlarımız arasında mövcud olan tolerantlığın gücləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi habelə vətəndaşlarımızda, xüsusən də dindarlarda dövlətə inamın və dövlətçiliyimizə dəstəyin formalşdırılmasına xidmət edir.

Tədbirdə Prezident İlham Əliyev tərəfindən təltif edilmiş DQİDK-nın Qarabağ bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfova Dövlət Komitəsinin sədri tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim edilib. Sonda bir sıra cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 





24.07.2014    çap et  çap et