525.Az

Mənəvi və maddi dəyərlərin nisgilli ünvanı - Ağdam


 

Mənəvi və maddi dəyərlərin nisgilli ünvanı - <b style="color:red">Ağdam</b>

(əvvəli ötən sayımızda)

Ermənistanın
hərbi təcavüzü Ağdam rayonunun iqtisadiyyatına, mədəni həyatına, adət-ənənələrinə, flora faunasına, ən əsası isə insanların taleyinə çox ağır zərbələr vurub. Erməni vandalizmi qədim bir şəhəri yer üzündən silib, onun xarabalıqları haqdan ədalətdən danışmağı sevən dünyanın gözü qarşısında yüz minlərlə insanın acı taleyindən xəbər verir. Ağdam canlı muzeyi xatırladırdı, bu qədim diyarın hər daşının altında bir tarix yatırdı, burada zəngin yataqlar var idi. Qarabağın toy otağı hesab olunan Ağdam məkrli niyyətlərin, xain yalançı vədlərin, təxribatın, xəyanətin meydanına çevrilmişdi. Yerli özünü müdafiə dəstələri arasına ədavət düşmənçilik toxumu səpilmişdi. Bir çox xarici ölkənin kəşfiyyat xidməti onsuzda ağır olan vəziyyəti daha da ağırlaşdırmışdı. 1993- ilin iyul ayında Ağdamda vəziyyət belə bir məcrada idi. Öz havadarlarının köməyinə arxalanan Ermənistan silahlı qüvvələri işğal, talan-qarət etnik təmizləmə apararaq Qarabağın mərkəzini ələ keçirdilər.

1991-ci ildən başlayaraq Ağdam od-alov içərisində, ağır döyüş maşınlarının tırtılları altında boğulur, öz tarixinin ən ağır məşəqqətli günlərini yaşayırdı. Təkzibolunmaz faktlara nəzər salırıq: "1992-ci il. Fevral mart aylarında Azərbaycanın bu qədim gözəl şəhəri, bütün ətraf kəndləri ermənilər tərəfindən müntəzəm olaraq atəşə tutulur. Raket toplardan çox güclü intensiv şəkildə bombardmana məruz qalır. Şəhərdə çoxlu dağıntı vardır. Onlarla yaşayış evi digər binalar yerlə-yeksan edilmiş, son bir neçə gün ərzində 25 nəfərdən artıq adam həlak olmuşdur. Bütün məktəblər bağlanıb. İdarə müəssisələrin işi iflic olub. Dinc insanlar öz həyatlarının xilası üçün çarə axtarırlar".

"Martın 18-dən 19-na kimi ermənilər Naxçivanik, Xanabad, Kətik Əsgəran tərəfdən Ağdam şəhərinə 200-dən artıq raket atıblar. Ən şiddətli bombardman martın 12- saat 4:30 dəqiqədə olmuşdur. Fasiləsiz raket zərbələri saat yarım davam etmişdir. Nəticə çox ağır olmuşdur. Əlli nəfərə yaxın insan həlak olmuş, onlarla adam isə ağır yaralanmış, yüzlərlə ev dağılmışdır".

"Ağdam döyüşür, Ağdam yaşayır. Çox təəssüf ki, əhalinin təhlükəsizliyi üçün Azərbaycan hökuməti konkret heç bir tədbir görə bilmir. Şaiyələr baş alıb gedir. Adamlar vahimə içərisində qalıblar. Yerli özünümüdafiə batalyonları isə torpaqlarımızın müdafiəsi üçün qızğın döyüşlərə atılır, erməni hərbi qüvvələrinə ağır sarsıdıcı zərbələr vururdular. Ağdam camaatının hünəri qarşısında ermənilər aciz qalmışdılar. Düşmən Qarabağın bu məğrur qalasına xəyanət satqınlığın gücü ilə yol tapdı. Ağdam döyüş meydanından çox başqa-başqa məkirli qüvvələrin iddia niyyətlərinin at oynatdığı meydana çevrilmişdir. Hünər qeyrətin yolunu hər vasitə ilə bağlamağa çalışırdılar".

1988-ci ildən başlayaraq Ağdam rayonunun əhalisi erməni təcavüzü ilə üz-üzə qalsa da, Ermənistan hərbi qüvvələrinə qarşı vuruşaraq öz dədə-baba yurdunu qoruyurdu. Bu qeyri-bərabər  döyüşlərdə 5 min nəfərdən çox şəhid oldu. Bacarıqsız rəhbərlərin buraxdığı kobud səhvlər torpaqlarımızın itirilməsi ilə nəticələndi. Ağdamın işğal edilməsinin əsası da elə 1991-1992-ci illərdə qoyulmuşdu. Bu haqda dəfələrlə söhbət açılıb. Ən doğru qiyməti xalqımızın dahi oğlu, ümumilli liderimiz Heydər Əliyev vermişdir: "Təəssüflər olsun ki, Ermənistan silahlı qüvvələrinin gücü eyni zamanda Ağdamın müdafiəsində buraxılan səhvlər bəzi səbəblər nəticəsində rayonun ərazisinin bir hissəsi işğal edilmişdir".

1992-ci il sentyabrın 4- mühüm strateji nöqtədə yerləşmiş Abdal-Gülablı kəndləri işğal edildi. Ümumiyyətlə, Ağdamın işğalı ərəfəsində rayonda 22 batalyon, o cümlədən 4200 nəfərdən çox şəxsi heyət,  kifayət qədər silah-sursat, hərbi texnika olub. Çox təəssüf ki, xəyanət nəticəsində həmin batalyonlar rayondan çıxarılmış onlardan 2-si axıra qədər erməni hərbi birləşmələrinə müqavimət göstərmişdir. Hakimiyyəti ələ keçirmək uğrunda sözün əsl mənasında didişən qüvvələr torpaqla alver edirdilər.

1993- il iyun ayının 15- xalqın tələbi ilə hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyev ölkəni uçurumdan erməni işğalından xilas etmək üçün əsl fədakarlıq, vətənpərvərlik nümayiş etdirdi. Həmin vaxt batalyonların Ağdamı necə tərk etmələrini camaat çox yaxşı bilir. Bəzi qüvvələr, o cümlədən onların xarici havadarları qəsdən təxribat törətmişdilər ki, bundan istifadə edərək yeni hakimiyyəti devirsinlər. Lakin başı müsibət çəkmiş ağdamlılar bu təxribata uymadılar, xalqın ölkənin nicatını yalnız ümummilli liderimiz Heydər Əliyevdə gördülər.

Yeri gəlmişkən, 1994- ilin aprelində bəzi qüvvələr rayonun 14 kəndini erməni təcavüzünə qurban verməklə yenidən öz çirkin niyyətlərini həyata keçirdilər. Həmin vaxt bu barədə prezidentimizə məlumat çatdırmaq çox çətinliklə olsa da, baş tutdu. Göründüyü kimi, bir tərəfdən erməni hərbi birləşmələrinin aramsız hücumları, digər tərəfdən isə, bəzi qara qüvvələrin təxribatı nəticəsində Ağdam işğala məruz qalmışdır.

Hazırda rayonun əlimizdə qalan hissəsində 70 mindən çox əhali məskunlaşıb. Əzəldən torpağa zəhmətə bağlı insanlar əkin-biçinlə, heyvandarlıqla məşğul olur, öz güzəranı, qayğıları ilə yaşayırlar. Həyat günbəgün yaxşılığa doğru dəyişir. 44 kənddə yenə salınmış qəsəbələrdə gələcək naminə quruculuq işləri davam etdirilir.

Ölkəmizdə uğurlu neft strategiyasının əsasını qoymuş ümumilli liderimiz Heydər Əliyevin sərəncamı ilə Neft Fondundan ilk vəsait qaçqın məcburi köçkünlərin sosial problemlərinin həll edilməsinə yönəldildi. Hazırda bu yerlərdə onlarla yeni müasir qəsəbə salınıb.İmamqulubəyli kəndi yaxınlığında isə 800-dən çox məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbə öz sakinlərini qəbul etməyə hazırlaşır.Burada bütün infrastruktur yaradılıb, sosial xidmət sahələri yaradılıb.

Yaxşı xatırlayırıq, 1998-ci ilin payızında ümumilli liderimiz Heydər Əliyev cəbhə bölgəsinə, birbaşa Quzanlı kəndində məcburi köçkünlər üçün salınmış qəsəbəyə gəldi. Ağdam camaatı bu dahi insanı sonsuz məhəbbət ehtiramla qarşıladı bu tarixi görüş hər birimizin qəlbində əbədi iz buraxdı. Məcburi  köçkünlərlə səmimi görüşən ulu öndər əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mühüm tədbirlər həyata keçirəcəyini bildirdi. Bu unudulmaz görüşdən sonra rayonun sosial-iqtisadi inkişafı, məcburi köçkünlərə qayğının artırılması istiqamətində mühüm tədbirlər həyata keçirmişdir.

Atəşkəs rejiminin ermənilər tərəfindən hər gün dəfələrlə pozulmasına baxmayaraq, rayon əhalisi öz doğma torpağına ürəkdən bağlı olduğunu qətiyyətlə nümayiş etdirir. Əgər 8-10 il əvvəl Ağdamın işğal olunmuş ərazisində 15 min nəfərə yaxın əhali yaşayırdısa, hazırda 70 min nəfər yaşayır işləyir. Onlardan biri Nataşa Aleksandrovna Bayramovadır. Moskva vilayətində doğulub boya-başa çatıb sonra ailə həyatı quraraq Azərbaycana, daha doğrusu Ağdama gəlib. 1975-ci ildən Ağdam rayonunda yaşayır.İki övladı altı nəvəsi var. Nataşa Aleksandrovna deyir: "1993- ildə ermənilər hücum edərək Ağdamı işğal etdilər. Ailə üzvlərimlə birlikdə artıq 20 ildir ki, məcburi köçkün həyatı yaşayırıq. Rus olsam da, həmişə böyük diqqət doğma münasibət görmüşəm. Ermənilər isə uzun illər boyu dişimiz-dırnağımızla yaratdığımız ev-eşiyi xarabalığa çeviriblər. Nəvələrim Ağdama qayıtmaq istəyirlər. Dünya bu erməni vəhşiliyinə son qoymalıdır, təcavüzkar cəzalandırılmalıdır.

(Ardı var)

 





24.07.2014    çap et  çap et