525.Az

Azərbaycanın mədəniyyət strategiyası ilə bağlı seminar təşkil edilib


 

Azərbaycanın mədəniyyət strategiyası ilə bağlı seminar təşkil edilib<b style="color:red"></b>

Avropa İttifaqının "Şərq tərəfdaşlığı" ölkələrində "Mədəniyyət" proqramı çərçivəsində Bakıda Şərq tərəfdaşlığı regionunda mədəniyyət sahəsində islahatları dəstəkləmək üçün mədəniyyət siyasəti ilə bağlı təcrübə mübadiləsinə dair ikinci seminar keçirilir.

"Şərq tərəfdaşlığı"nın "Mədəniyyət" proqramının monitorinq institusional inkişaf bürosunun Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşdırılan seminar "Azərbaycanın mədəniyyət strategiyası: strategiya mədəniyyət layihələrini necə müəyyən edir layihələr strategiyaya necə təsir göstərir" mövzusunu əhatə edir.

Açıq sessiyada seminara 40 daimi iştirakçısı ilə yanaşı, mədəniyyət təşkilatlarından 30-a yaxın nümayəndə qatılıb.

Sessiyanın məqsədi Azərbaycanın mədəniyyət sferasında konkret milli təcrübəyə xüsusi diqqət yetirmək ölkənin mədəniyyət siyasətinin prioritet istiqamətlərini onun həyata keçirilməsinə yanaşmaları öyrənməkdir.

Sessiyanın açılışında mədəniyyət turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək seminar iştirakçılarını salamlayaraq ölkəmizin Avropa İttifaqı ilə əlaqələrindən söhbət açıb.

O, Azərbaycanda mədəniyyət sahəsinə göstərilən diqqət qayğıdan danışıb: "Son 3 ildə ölkədə 19 muzey bərpa edilib. Yaxın günlərdə Xalça muzeyi istifadəyə veriləcək". S.Məmmədəliyeva, həmçinin işğal altında olan ərazilərimizdə yerləşən mədəniyyət obyektləri barədə məlumat verib mədəniyyət siyasətini əsas götürən seminarın "Şərq tərəfdaşlığı" ölkələrində keçirildiyini vurğulayıb.

Seminarda Mədəniyyət Turizm Nazirliyi Azərbaycanın mədəniyyət konsepsiyasının əsas məqsədini yazılı şəkildə təqdim edib.

"Şərq tərəfdaşlığı"nın "Mədəniyyət" proqramının monitorinq institusional inkişaf bürosunun rəhbəri Luçano Qloor bildirdi ki, sessiyada Azərbaycanın mədəniyyət konsepsiyası müzakirə olunacaq.

Sonra seminar plenar iclaslarla işini davam etdirdi.

İyulun 24-dək davam edəcək seminarda mədəni strategiyanın təbliğatı ilə bağlı müzakirəyə təklif olunan suallar iştirakçılara Azərbaycanın nümunəsində strategiyanın təcrübə ilə əlaqəsini öyrənməyə imkan yaradacaq. Onlar konkret layihələri müzakirə etməklə mədəni strategiyanın təcrübəni layihələri necə formalaşdırdığını, eyni zamanda təcrübənin strategiyanı necə formalaşdırdığını analiz edib başa düşə bilərlər. Müzakirə zamanı əsas diqqət mədəniyyət sənayesi, incəsənət sahəsində alternativ təhsil, mədəni turizm rəqəmsal texnologiyalar kimi məsələlərə yönəldiləcək.

S.ABDULLAYEVA

 





24.07.2014    çap et  çap et