525.Az

"ABŞ səfirliyinə müraciət etdim ki, yetişdirdiyiniz uşaqlara tərbiyə verin"


 

"ABŞ səfirliyinə müraciət etdim ki, yetişdirdiyiniz uşaqlara tərbiyə verin"<b style="color:red"></b>

Milli Məclisin plenar iclasında BQP sədri Fazil Mustafa “Diffamasiya haqqında” qanunun qəbulunun vacibliyinə toxunub.

APA-nın məlumatına görə, o bildirib ki, mətbuatda hələ də təhqirlər, böhtanlar yer alır: “Xüsusilə “Azadlıq” qəzetini qeyd etmək istəyirəm. Mən bu qəzetlə bağlı Mətbuat Şurasına yox, ABŞ-ın Azərbaycandakı səfirliyinə müraciət etmişəm. Müraciət etdim ki, yetişdirdiyiniz uşaqlara tərbiyə verin. Axı bir deputata görə bütün Milli Məclisi hədəfə almaq olmaz…”

MM-in sədri Oqtay Əsədov F. Mustafanın dediklərində həqiqət olduğunu bildirib. O deyib ki, bəzi KİV-lər böhtan yağdırmaqla məşğuldur.

 





02.11.2012    çap et  çap et