525.Az

Bu sabah yoxa çıxan təyyarə tapılıb - Yenilənib


 

Bu sabah yoxa çıxan təyyarə tapılıb - <b style="color:red">Yenilənib</b>

Bu sabah Burkino-Fasoda yoxa çıxan Əlcəzair Hava Yollarına aid təyyarənin Nigeriya yaxınlığında yerə çırpıldığı məlum olub.

Lent.az-ın Agence France-Press agentliyinə istinadən məlumatına görə, qəza nəticəsində təyyarədə olan 110 sərnişin və 6 heyət üzvünün öldüyü ehtimal edilir. 
 
Təyyarənin heyəti Əlcəzairdən Bamakoya uçan təyyarə ilə toqquşmasın deyə heyət kursu dəyişmək istəyib.

Təyyarə kursu dəyişiləndən sonra onunla əlaqə kəsilib. 
 
Qeyd edək ki, Burkino-Fasoda Əlcəzair Hava Yollarına məxsus Ouqadoqudan qalxan “Airbus A320” markalı təyyarə ilə 50 dəqiqə sonra əlaqə kəsilmişdi. Burkino-Fasoda Əlcəzair Hava Yollarına aid təyyarə yoxa çıxıb.

*** 15:23

Burkino-Fasoda Əlcəzair Hava Yollarına aid təyyarə yoxa çıxıb.

Lent.az-ın məlumatına görə, paytaxt Ouqadoqudan qalxan təyyarə ilə 50 dəqiqə sonra əlaqə kəsilib.
 
Bildirilir ki, bu gün səhərə yaxın Əlcəzairə gəlməkdə olan “Airbus A320” markalı təyyarədə 110 sərnişin olub.
 
Qeyd edək ki, oxşar hadisə bir neçə ay əvvəl Malayziyada baş vermişdi.

 





24.07.2014    çap et  çap et