525.Az

Rauf Mirqədirovun işi birinci instansiya məhkəməsinə qaytarılıb


 

Rauf Mirqədirovun işi birinci instansiya məhkəməsinə qaytarılıb<b style="color:red"></b>

Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovla bağlı məhkəmə prosesi keçirilib.

Vəkil Elmar Vəliyevin  APA-ya verdiyi məlumata görə, prosesdə işin yenidən Nəsimi rayon Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilib.
 
Qeyd edək ki, iyulun 15-də Nəsimi Rayon Məhkəməsində istintaq orqanının R. Mirqədirovun həbs müddətinin uzadılması barəsində verdiyi təqdimata baxılıb.
 
Məhkəmə R. Mirqədirovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin daha 4 ay uzadılması barədə qərar qəbul edib. Həmin prosesin iclas protokolu ilə tanış olan müdafiə tərəfi isə məhkəmədə qanun pozuntularına yol verilməsi ilə bağlı qeydlər yazıblar. İş Bakı Apellyasiya Məhkəməsinə göndərib. Lakin Bakı Apellyasiya Məhkəməsi həmin qeydlərlə bağlı işi yenidən birinci instansiya məhkəməsinə qaytarıb.
 
Bundan əvvəl R. Mirqədirov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.
 
R. Mirqədirov bu il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Azərbaycan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur.

 





24.07.2014    çap et  çap et