525.Az

İraqın yeni prezidenti seçildi


 

İraqın yeni prezidenti seçildi<b style="color:red"></b>

 İraq parlamentində keçirilən səsvermə nəticəsində 76 yaşlı, kürd əsilli siyasətçi Fuad Masum ölkə prezidenti seçilib.

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, ölkədə hökumət formalaşmasının ikinci mərhələsi olaraq keçirilən səsvermədən sonra aprel ayından davam edən hökumət böhranının sona çatdığı hesab olunur. 

Şiə məzhəbli Nuri əl-Malikinin müvəqqəti hökumət seçkilərindən bu yana ölkəni daha çox səlahiyyətlərlə idarə etməsi həm sünni, həm də kürd əsilli qrupların narazılığına səbəb olmuşdu.

 

 





24.07.2014    çap et  çap et