525.Az

Rusiyada inanılmaz uşaq alveri


 

Rusiyada inanılmaz uşaq alveri<b style="color:red"></b>

Rusiyanın cənubunda insan alveriylə məşğul olan bir qruplaşma Türkiyəyə uşaq satarkən yaxalanıb.

525.az-ın məlumatına görə, ələ keçirilən dəstənin indiyədək 12 uşağın satışını həyata keçirdiyi iddia edilir.

Qruplaşmanın Çeçenistanda fəaliyyət göstərdiyini bildirən Rusiyanın Daxili İşlər Nazirliyinin səlahiyyətli nümayəndələri qonşu Dağıstan Respublikasında bəzi həkimlərin də cinayətkar birliyin üzvü olması haqda məlumat verib.

Qruplaşmanın onlara bu işdə kömək edən doğum evlərinin həkimlərinə və digər şəxslərə 1700 dollar verdiyi bildirilir.

Cinslərinə görə uşaqların satışı üçün təyin edilən qiymətlər də müxtəlifdir. Kişi cinsindən olan körpələrə görə 16 min, qadın cinsindən olanlara isə 11500 dollar qiymət qoyulub.

Hazırda bu işdə əli olan şəxslərdən bəziləri nəzarət altına alınıb.


Nigar Məhərrəm

 





02.11.2012    çap et  çap et