525.Az

Mənəvi və maddi dəyərlərin nisgilli ünvanı - Ağdam


 

Mənəvi və maddi dəyərlərin nisgilli ünvanı - <b style="color:red">Ağdam</b>

(Əvvəli ötən sayımızda)

Ermənistanın
hərbi təcavüzü Ağdam rayonunun iqtisadiyyatına, mədəni həyatına, adət-ənənələrinə, flora faunasına, ən əsası isə insanların taleyinə çox ağır zərbələr vurub. Erməni vandalizmi qədim bir şəhəri yer üzündən silib, onun xarabalıqları haqdan ədalətdən danışmağı sevən dünyanın gözü qarşısında yüz minlərlə insanın acı taleyindən xəbər verir. Ağdam canlı muzeyi xatırladırdı, bu qədim diyarın hər daşının altında bir tarix yatırdı, burada zəngin yataqlar var idi. Qarabağın toy otağı hesab olunan Ağdam məkrli niyyətlərin, xain yalançı vədlərin, təxribatın, xəyanətin meydanına çevrilmişdi. Yerli özünü müdafiə dəstələri arasına ədavət düşmənçilik toxumu səpilmişdi. Bir çox xarici ölkənin kəşfiyyat xidməti onsuzda ağır olan vəziyyəti daha da ağırlaşdırmışdı. 1993- ilin iyul ayında Ağdamda vəziyyət belə bir məcrada idi. Öz havadarlarının köməyinə arxalanan Ermənistan silahlı qüvvələri işğal, talan-qarət etnik təmizləmə apararaq Qarabağın mərkəzini ələ keçirdilər. 

Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan humanist siyasət bu gün uğurla davam etdirilir. Qarşıya çox nəcib xeyirxah məqsəd qoyulub: Azərbaycanda bütün çadır düşərgələri ləğv olundu. Möhtərəm Prezidentimiz İlham Əliyevin qətiyyətlə həyata keçirdiyi tədbirlər xalqımız tərəfindən, o cümlədən müharibə dəhşətlərini yaşamış məcburi köçkünlər tərəfindən birmənalı şəkildə dəstəklənir bəyənilir.

Rayonun bu günü, yaşantıları, qayğıları haqqında icra başçısı Raqub Məmmədov nikbinliklə, sabaha dərin inamla danışır, həmyerlilərinin ən müqəddəs arzusunu ifadə edərək deyir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin məcburi köçkünlərə göstərdiyi doğma münasibət, diqqət qayğı, onların həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlər insanlara çox böyük ümid verir. Həmin insanlar hər dəfə söhbət düşəndə bu barədə razılıqla, minnətdarlıqla, yurd yerlərinə qayıtmaq inamı ilə söz açırlar. Yeri gəlmişkən qeyd edək ki,Ağdamın ən ağır günlərində Raqub Məmmədov doğma rayonun müdafiəsi üçün əsl vətənpərvərlik,dönməz iradə nümayiş etdirmiş,yüksək təşkilatçılıq bacarığı göstərmişdir.Həmyerliləri onu dəyanətli işgüzar,yüksək təfəkkürə malik bir insan kimi tanıyır hörmət edirlər.

1993- ildə ulu öndər Heydər Əliyevin xalqın tələbi təkidi ilə yenidən hakimiyyətə qayıdışı ruhumuzu,mənəviyyatımızı,gələcəyimizi işğaldan qorudu. İnsanların inamı öləzimədi, əksinə bu inam birə-beş artdı. Bu gün ölkə prezidentimizə olan sonsuz inam məhz həmin mənbədən qaynaqlanır.

Dövlət başçısının tapşırığı tövsiyəsi ilə cəbhə xəttində yaşayan adamların həyat şəraitinin daha da yaxşılaşdırılması üçün müharibədən zərər çəkmiş ictimai binalar, təhsil, səhiyyə mədəniyyət müəssisələri əsaslı təmir olunur, kəndlərə təbii qaz xətti çəkilir, içməli texniki suya olan tələbatın ödənilməsi üçün artezianlar qazılır. Yeri gəlmişkən qeyd edək ki, həyat əhəmiyyətli bu vacib məsələnin həll olunmasında Melorasiya Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin yaxından köməyini, isti doğma münasibətini adamlar yüksək qiymətləndirirlər.

Rayon mərkəzi sayılan Quzanlı qəsəbəsində indi geniş miqyaslı tikinti-quruculuq işlərinə başlanıb.Ağdamlıların qəlbində yaddaşında özünə əbədi yer tutmuş,vaxtilə Ağdam şəhərinin nadir memarlıq nümunəsi hesab olunan,işğal nəticəsində tarmar olmuş  "Çay evi"nin  eynisi olan hər bir ağdamlının nostalji hisslərinin abidəsi kimi yenidən tikintisinə başlanıb.Bu xeyirxah addım insanlara yeni ruh yeni arzular bəxş edib.

Qədim tarixi ərazi hesab olunan Soltanbud kurqanının ətəyində şəhidlərin xatirəsini əbədiləşdirmək üçün Xatirə Kompleksi ucaldılıb. Çox böyük bir örnək qədirbilənlik nümunəsi olan abidə üzərində şəhidlərin adları, Milli Qəhrəmanlar haqqında məlumat şəkilləri mərmər üzərinə həkk  olunub. Bu günə qədər Ağdam ərazisində belə bir abidə olmayıb. Şəhidlər öz doğmaları kimi başqa yerlərdə, qəbirlikdə qalmışdılar. Bu abidə şəhidləri Ağdam torpağına qaytarıb, indi bu müqəddəs yer ata-analar, qız-gəlinlər, övladlar üçün varlıqlarının bir parçasına çevrilib. Günün istənilən vədəsində burada ziyarətçilərə rast gəlmək mümkündür. Bu abidə vətənpərvərliyin, doğma el-obaya bağlılığın savab görməyin ən yaxşı nümunəsidir. Özündə rəmzləri, milli memarlıq nümunələrini, yurd itkisini, sabaha dərin inamı əks etdirən yurd qapısı indi bu yerlərə gələnləri qarşılayır. Bütün ağdamlılar isə deyirlər ki, biz Ali baş komandan İlham Əliyevin rəhbərliyi altında bu qapıdan keçərək işğal altında qalan torpaqlarımızı yadellilərdən azad edəcəyik. Uşaqdan tutmuş ixtiyar qocaya qədər hamı bu ruhdadır, bu inamdadır bu əhval-ruhiyyədədir.

Quzanlı qəsəbəsinin mərkəzindən keçən küçədə 100-lərlə ticarət kommersiya  obyektinin yenidən qurulması, küçənin hər iki tərəfinə səkilərin, kanalizasiya su xətlərinin çəkilməsi, minlərlə yeni ağacların əkilməsi davam etdirilir.

 Rayonun ərazisində məhsul yığımına başlanılmışdır. Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyinin olması, sahibkarlara kreditlərin verilməsi, əkinçilərə istifadə etdikləri motor yağları yanacağa görə haqların ödənilməsi, yüksək reproduksiyalı toxumların cins mal-qaranın əldə edilməsində güzəştlərin olması hesabına sahənin inkişafı üçün əlverişli zəmin yaranmış, bu sahəyə diqqət artmışdır. Taxıl biçini uğurla başa çatdırılıb.Bu barədə "Aqroservis"in yeni təyin olunmuş rəisi Habil Abbasov məlumat verərək deyir ki,bu il 22950 hektar taxıl istehsal olunub.Bu da keçən ildəkindən xeyli çoxdur.Döyüş bölgəsində fədakarlıqla biçin aparmış kombaynçıların əməyi xüsusi ilə böyük olub.

Təqdirəlayiq haldır ki, dövlətimiz öz iqtisadi qüdrətini günbəgün artırır, xalqımızın həyat şəraiti durmadan yaxşılaşır. Sabitliyi, əmin-amanlığı, xoş güzəranı, firavanlığı hər bir adam öz həyatında daha yaxından hiss edir. Amansız müharibənin vurduğu yaralara ləyaqətlə mətinliklə sinə gərən Ağdam camaatı onlara göstərilən dövlət qayğısından dərin razılıq edir, möhtərəm Prezidentimizin siyasətini ürəkdən bəyəndiklərini qətiyyətlə bildirirlər.

Həyatın bütün sahələrində çalışan insanlar bu qayğıya əməli işləri, qüdrətli Azərbaycan dövlətinin inkişaf etdirməsində fəal iştirak etmələri ilə cavab verirlər. Həmişə işgüzarlıq əzmkarlıq nümayiş etdirən ağdamlılar ürəkdən inanırlar ki, respublikamızın ərazi bütövlüyü təmin olunacaqdır. Bu sarsılmaz inamı onlarda Azərbaycan Prezidenti cənab İlham Əliyevin ən yüksək tribunalardan bəyan etdiyi "Azərbaycan heç vaxt öz torpaqlarını güzəştə getməyəcəkdir" sözləri yaradıbdır. Xalqın inamı isə heç vaxt sarsılmayıb.

Ötən illərin arxasında minlərlə insanın keşməkeşli taleyi, savaş şəhidlik, ata-baba yurdunun itirilməsi, məcburi köçkünlük, qəm kədər, yıxılan böyük bir elin yenidən ayaq üstə qalxması, yaşamaq eşqi, viran qalmış Ağdama qayıtmaq arzuları, sabaha böyük inam dayanıb.Barıt qoxulu torpağın ağrıları göynəsə ümidləri daha çoxdur. Cəbhə xəttinin bir neçə yüz metrliyində yaşayan insanların sözləri yadıma düşür:düşmən heç nəyə ümid bağlamasın, nəyin bahasına olursa-olsun, biz öz torpaqlarımıza qayıdacağıq.

 





25.07.2014    çap et  çap et