525.Az

"Neftçi" dünya reytinqində irəlilədi


 

"Neftçi" dünya reytinqində irəlilədi<b style="color:red"></b>

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni reytinq cədvəlini açıqlayıb.

Qol.Az-ın məlumatına görə, siyahıda ölkəmizi yenə "Neftçi" klubu təmsil edir.

Tarixi ərzində ilk dəfə olaraq Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan "Neftçi" yeni dünya reytinqində irəlilyib. Son Azərbaycan çempionu ötən ayla müqayisədə 2 pillə irəliləyərək 78,5 xalla 257-ci yerdə qərarlaşıb.

Zimbabvenin "Dinamos Harare" və Estoniyanın "Flora" klubları da "Neftçi" ilə 257-ci pilləni bölüşdürürlər. “Neftçi”nin Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən “İnter” (İtaliya) 18-ci, “Rubin” (Rusiya) 86-cı, “Partizan” (Serbiya) isə 127-ci olub.

Ümumilikdə 400 komandanın yer aldığı siyahıya yenə İspaniyanın "Barselona" klubu başçılıq edir. Kataloniya təmsilçisi 349 xalla birinci, İspaniyanın "Atletiko" (Madrid) klubu 290 xalla ikinci, Çilinin “Universidad” komandası isə 289,5 xalla üçüncü pillədə qərarlaşıb

 





02.11.2012    çap et  çap et