525.Az
Ukrayna ordusunun 325 hərbçisi ölüb
Keçən sutka ərzində Ukrayna ordusu terrorçularla döyüşlərdə 13 nəfər hərbçisini itirib, 19 nəfər yaralanıb.
Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, ümumilikdə anti-terror əməliyyatları başlayandan bəri güc strukturlarının 325 əməkdaşı həlak olub, 1232 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Buna qədər isə xəbər verilirdi ki, son bir həftə ərzində Ukrayna ordusu yaraqlılardan 10 yaşayış məntəqəsini – Donetsk vilayətində Dzerjinsk, Soledar, Korlovka, Netaylivo, Luqansk vilayətində isə Lisiçansk, Severodonetsk, Popasnaya, Rubejnoe, Yubileynıy, Pervomayskini təmizləyərək nəzarət altına alıb.
25.07.2014 çap et