525.Az

Bilgəh-Novxanı-Şamaxı yolunun tikintsi 15 gün ərzində başa çatacaq


 

Bilgəh-Novxanı-Şamaxı yolunun tikintsi 15 gün ərzində başa çatacaq<b style="color:red"></b>

Bilgəh-Novxanı-Şamaxı istiqamətində inşa olunan yeni yolda tikinti işləri intensivləşib.
 
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yolun 32-34-cü km hissəsində hamarlayıcı qatın vurulması başa çatdırılıb. Həmin hissədə bu gün səhər saatlarından asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılmışdır. Saray  qəsəbəsinə aid olan 2 km-dən artıq məsafədə 2 qat asfalt-beton örtüyünün döşənməsi yaxın 15 gün ərzində yekunlaşacaq.

Bundan sonra  sözügedən yolun Pirşağı qəsəbəsindən keçən 17-19-cu km hissəsində asfalt işlərinə start veriləcək.


 

 

 





25.07.2014    çap et  çap et