525.Az

DSX Sahil Mühafizəsi üçün yeni gəmilərin inşasına başlanılıb


 

DSX Sahil Mühafizəsi üçün yeni gəmilərin inşasına başlanılıb<b style="color:red"></b>

“Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strateqiyası”na əsasən Dövlət Sərhəd Xidmətinə (DSX) həvalə edilmiş vəzifələrinin icrası, o cümlədən Xəzər dənizində dövlət sərhədlərinin mühafizəsi sahələrində mümkün təhdidlərin qarşısının alınması üzrə qüvvə və vasitələrinin gücləndirilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.

DSX mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, bu sırada DSX Sahil Mühafizəsinin Bakı şəhərinin Türkan qəsəbəsində yerləşən bazasında yeni inşa olunmuş Gəmi İnşası Zavodunun xidməti istifadəyə verilməsi mühüm əhəmiyyət kəsb edir. Artıq həmin zavodun imkanları hesabına DSX Sahil Mühafizəsi üçün 2 ədəd iti sürətli və yüksək üzmə qabiliyyətli 3-cü dərəcəli sərhəd gözətçi gəmilərinin inşası başa çatıb. Müasir naviqasiya və rabitə-radiotexnika avadanlıqları ilə tam təmin olunub, Xəzər dənizində ağır üzmə şəraitində xidməti vəzifələri yerinə yetirə bilən sərhəd gözətçi gəmiləri müasir silahlarla təchiz edilib.

Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində dövlət sərhədlərinin mühafizəsi, sərhədboyu rejimin təmin olunması, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin olunması istiqamətində xidməti vəzifələrin icrası zamanı yeni gəmilərin  imkanlarından geniş istifadə olunacaq.

Hazırda 100 nəfərədək mütəxəssisin işlədiyi zavoda yeni 2-ci dərəcəli sərhəd gözətçi gəmilərinin inşasına başlanıb. Yaxın müddətdə zavodun imkanları hesabına DSX Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin tam yenilənməsinə nail olunacaq.

 

 





25.07.2014    çap et  çap et