525.Az

Gülər Əhmədova: "Darıxmayın, mən də danışacağam"


 

Gülər Əhmədova: "Darıxmayın, mən də danışacağam"<b style="color:red"></b>

Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin işi ilə bağlı araşdırma aparan bloqer Elnur Məcidli "Yeni Müsavat"a bildirib ki, G.Əhmədovanın məlum videosunda adı hallanan Sevinc Babayeva "sabiq deputatın bağında gizlədilib".

Qəzetin əməkdaşı ilə söhbətində isə G.Əhmədova bu iddiaları yalanlayıb. Əhmədova deyib ki, onun bağının harada olduğunu hamı bilir və orada S.Babayeva yoxdur.

Bu arada G.Əhmədova “Yeni Müsavat”ı da ona qarşı şər-böhtan kampaniyası aparmaqda ittiham etdi: “Düz 1 ay 6 gündür sizin qəzet mənim haqqımda şər yazır. Darıxmayın, mən də danışacam. Gözləyin”.

O ki qaldı G.Əhmədova ilə bağlı aparılan istintaqın gedişinə, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun imzası ilə qəzetə daxil olan elektron məktubda deyilir:

“Tərəfimizdən məlumat verildiyi kimi, qeyd edilən cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, aidiyyəti orqanlara sorğular və əməliyyat tapşırıqları verilib. Eyni zamanda hazırda iş üzrə dindirmələr və digər zəruri istintaq hərəkətləri yerinə yetirilir. İstintaqın gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

 





02.11.2012    çap et  çap et