525.Az

Şəkidə “Sevgililərin cəhənnəmdə vüsalı”na ictimai baxış olub


 

Şəkidə “Sevgililərin cəhənnəmdə vüsalı”na ictimai baxış olub<b style="color:red"></b>

Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 100 illiyi ilə əlaqədar müəllifinSevgililərin cəhənnəmdə vüsalıəsəri əsasında səhnələşdirilən eyniadlı tamaşaya ictimai baxış olub.

Teatrdan verilən məlumata görə, dövlət sifarişi əsasında hazırlanan yeni tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu rəssamı Söhrab Ərəbov, musiqi tərtibatçısı Aslan Mustafazadədir. Tamaşada əsas rolları əməkdar artistlər İqrar Salamov, Əbülfət Salahov, aktyorlar Xanlar Həşimzadə, Akif Yusifov, Çinarə Səmədova başqaları ifa ediblər.Şəhər rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin teatrsevərlərin iştirak etdikləri ilk tamaşa müvəffəqiyyətlə başa çatıb.

S.ABDULLAYEVA

 





25.07.2014    çap et  çap et