525.Az

“Ulduz”un yeni sayı çapdan çıxıb


 

“Ulduz”un yeni sayı çapdan çıxıb<b style="color:red"></b>

Ulduzjurnalının redaksiya heyətinin toplantısı keçirilib. Toplantını açanUlduzun baş redaktoru Qulu Ağsəs son aylarda jurnalın nəşri ilə bağlı aparılan işlərdən, əldə olunan uğurlardan qarşıda duran vəzifələrdən söz açıb. Baş redaktor hazırda 300 tirajla nəşr olunan jurnalın tirajının yaxın vaxtlarda artırılacağını vurğulayıb: “Jurnalın son nömrələri oxucular abunəçilər tərəfindən maraqla qarşılanır. Hətta satışdan geriyə jurnal qayıtmır. Buna görə tirajı artırmaq niyyətindəyik. Ancaq düşünürəm ki, satışla yanaşı abunə məsələsini diqqətdə saxlamalıyıq. Ədəbi çevrələrdə onsuz da jurnalımız alınır, izlənilir dərgidə həyata keçirdiyimiz yeni layihələr, ədəbi-mədəni projelərlə bağlı müsbət rəylər eşidirik. Ancaq arzuolunandır ki, “Ulduztəkcə ədəbi cameədə yox, elmi çevrələrdə, ali orta məktəblərdə, kitabxanalarda, bölgələrdə oxucu auditoriyası toplasın. Bunun üçün abunə olmaq ən yaxşı vasitədir”. Q.Ağsəs jurnala abunə olmaq üçün respublikanın bütün şəhər rayonMətbuatyayımışöbələrinə müraciət etməyi tövsiyə edib. Jurnalın 6 aylıq abunə qiyməti 12 manatdır. Bakıda abunə yazılmaq istəyənlər 440-27-85, 440-39-83, 440-46-94 nömrəli telefonlarla əlaqə saxlaya bilərlər.

İclasda redaksiya heyətinin üzvlərindən şairlər Elçin Mirzəbəyli, Həyat Şəmi, Sevinc Mürvətqızı, Elşən Əzim, Vüsal Nuru, Xəyal Rza, Hafiz Hacxalıl, Nuranə Nur, Qılman İman, Fərid Hüseyn qatılıb təkliflərlə çıxış ediblər. Redaksiya heyətinin toplantısının ayda bir dəfə keçirilməsi qərara alınıb.

BugünlərdəUlduzjurnalının iyul sayı işıq üzü görüb. Dərgi Mədəniyyət Turizm Nazirliyinin şöbə müdiri, şair Vaqif Bəhmənlininİyun. “Ulduzun üzü içiadlı ekspert yazısı ilə açılır: “...Ustadrubrikasında Qulu Ağsəsin “1964 yaşlı şairadlı dəyərli yazısını oxudum. Vaqif Səmədoğluna həsr edib. Öz üslubunda. Qulu qısa, mənalı yazmağın ustasıdı.

...”Variasiya” “Ulduzun tapıntısıdır...

...”Ulduz+” rubrikasında gözəl balamız Sevinc MürvətqızınınSənə olan sevgimi sənə alçaltmaramkino araşdırmasını qısametrajlı film sürətiylə oxudum. Məndən olsa, “Ulduz+”dakı “+” işarəsiniUlduzsözünün əvvəlinə keçirərdim. Çünki mövzunun seçimi, yanaşma onu həll etmə baxımından ən bitkin əsərin müəllifi bu dəfə odur- Sevinc Mürvətqızı...

Təklif edirəm, “UlduzhəmişəXəzinəbölümüylə açılsın. Çünki İlqar Fəhminin bu zəhmətindən hasil olan nəticə əsl xəzinədir...”

V. Bəhmənli bu yazısında Pərvin, Əyyub Qiyas İlham Abbasovun layihələri, Şəhriyar del Geraninin yazıları, Varisin hekayəsi başqa mətnlər haqqında da fikirlərini bölüşüb.

Jurnalda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şeirləri Əyyub Qiyasın tərcüməsində təqdim edilib.

Qısa fikirlər xəzinəsirubrikasında bu dəfə Cəlal Bəydilinin təqdimatındaCəmil Meriç deyir ki...” oxucuların ixtiyarına verilib: “Qələbəlik simfoniyada anlamaz./ NitsşeZərdüştü baqqal şəyirdləri üçün yazmadı./ Oxucunun başını cinsi böhranları ilə qatmağa heç kəsin haqqı yoxdur. / Sevmək yaratmaq deməkdir...”

JurnalınQürbət şeirlərirubrikasında Baloğlan Cəlilin şeirləri öz əksini tapıb.

Tərcümə saatında Mark Tvenin hekayəsi Andrey Şerbak-Jukovun şeirləri yer alıb.

Hicran HüseynovanınHanı o ədalətpritçası da jurnalın bu sayında dərc olunub.

UlduzNaşirjurnallarının birgə layihəsi olanDiskussiya klubunda bu dəfəKim yatmış, kim oyaq?” müzakirə edilib.

Adil MirseyidinUnio mistikapoeması daUlduzun bu sayında çap edilib.

Fərid HüseyninMətn yazıçıdan güclü olmalıdırbaşlıqlı müsahibəsində yazıçı Natiq Məmmədlinin cavabları əksini tapıb. Müsahibəni N. MəmmədlininXəlbirhekayəsi izləyir.

Jurnalın əməkdaşı Fərqanə Mehdiyevanın böyük şair Məhəmmədhüseyn  Şəhriyarın oğlu ilə müsahibəsiTəbriz elibölümündə yer alıb.

Hüseyn Arifin çap olunmamış şeirlərihaqqında Aslan Kənan yazıb.

Söz haqqında sözrubrikasında təqdim olunan tənqidçi Elnarə AkimovanınJanrın qürubu, yoxsa ədəbi laqeydliyimiz?” yazısında poema yaradıcılığı haqqında düşüncələr var.

Jurnalda Akutaqava RunoskeninMeşədəhekayəsi, Sona XəyalınXVI əsr türk şairi ustad təbibi Məhəmməd Nidai”, Aləmzər SadiqqızınınÖmrümün söz şəkliyazılar da dərc edilib.

Dərgidə kitablayihəsinin qonağı isə Gənc Ədiblər Məktəbinin yetirməsi Əfsanə Laçındır.

S.ABDULLAYEVA

 





25.07.2014    çap et  çap et