“Azərpoçt” MMC yaxın zamanlarda mikro kreditlərin verilməsi üçün lisenziya almaq təklif ilə çıxış edib.
Bunu Rabitə və Yüksək Texnologiyalar Naziri Əli Abbasov jurnalistlərə bildirib. “Yəqin ki, əmanətlərin qəbuluna yox, kreditlərin verilməsinə lisenziya almaq mümkün olacaq. Öz vəsaitlərimiz hesabına təxminən 2-3 mln. manatlıq pilot layihələrə başlamaq lazımdır. Mikro kreditləri öz vəsaitlərimiz hesabına verək ki, riski vətəndaşların üzərinə qoymayaq”, – deyə Ə. Abbasov qeyd edib.