525.Az

DSMF-da I yarımilliyinin yekunları müzakirə edilib


 

DSMF-da I yarımilliyinin yekunları müzakirə edilib<b style="color:red"></b>

Dövlət Sosial Müdafiə Fondunda (DSMF) 2014- ilin I yarımilliyinin yekunları qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclası keçirilib. İclası giriş sözü ilə açan DSMF sədri Elman Mehdiyev vurğulayıb ki, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi islahatlar nəticəsində ölkəmizin sosial-iqtisadi həyatının bütün sahələrinin, o cümlədən sığorta-pensiya sisteminin yüksələn xətlə inkişafı təmin edilib, əhalinin sosial rifahı daha da yaxşılaşıb.

Bu əsasda Dövlət Sosial Müdafiə Fondunun gəlir xərclərinin icrası, sığorta-pensiya sistemində beynəlxalq standartların tətbiqi əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri 2014- ilin 6 ayında da uğurla davam etdirilib. E.Mehdiyev çıxışı zamanı 2014- ilin birinci yarısının yekunları qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. DSMF sədri ötən illərdə olduğu kimi, 2014- ildə Azərbaycanda həyata keçirilən sığortapensiya islahatlarının nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

O, DSMF-nin əhaliyə elektron xidmətlər göstərilməsi sahəsində təcrübəsi nəzərə alınaraq cari ilin oktyabr ayında Beynəlxalq Sosial Təminat Assosiasiyasının sığorta-pensiya sistemində elektron xidmətlər mövzusunda beynəlxalq konfransının Bakı şəhərində keçiriləcəyini diqqətə çatdırıb.

E. Mehdiyev həmçinin bildirib ki, sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi qeyri-dövlət pensiya fondlarının fəaliyyəti üzrə qanunvericiliyin hazırlanması sahəsində DSMF Avropa İttifaqının birgə layihəsi fəaliyyətini uğurla davam etdirir.

Sonra Fondun aparatının ayrı-ayrı şöbələrinin müdirləri hesabat dövründə həyata keçirilən tədbirlər, mövcud problemlər qarşıda duran vəzifələrlə bağlı çıxış ediblər. Kollegiya iclasında Fondun yerli orqanlarının 2014- ilin I yarımilliyindəki fəaliyyəti ətraflı təhlil edilib.

İclasda Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 30 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramında icrası 2014- il üçün nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsi istiqamətindəki tədbirlərlə bağlı ətraflı müzakirələr aparılıb. Müzakirələr zamanı məcburi dövlət sosial sığortasının əhatə dairəsinin genişləndirilməsi bu zəmində vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsi, o cümlədən pensiya təyinatının avtomatlaşdırılması istiqamətində görülən tədbirlərin daha da sürətləndirilməsi üçün müvafiq tapşırıqlar verilib.

 





25.07.2014    çap et  çap et