525.Az

Borçalı türklərinin elat mədəniyyəti günü keçiriləcək


 

Borçalı türklərinin elat mədəniyyəti günü keçiriləcək<b style="color:red"></b>

Dünən Beynəlxalq Mətbuat Mərkəzində Borçalı İctimai Cəmiyyəti Borçalı türklərinin elat mədəniyyəti günü festivalına hazırlıqla bağlı konfrans keçirib.

Cəmiyyətin sədri Zəlimxan Məmmədli konfrans iştirakçılarına elat mədəniyyəti haqda məlumat verib. O, bildirib ki, avqustun 3- keçiriləcək festival çərçivəsində konsert proqramı, elat məişəti mədəniyyət nümunələrinin nümayişi, cıdır, güləş karate üzrə elat çempionatı dövrələmə saz-söz məclisi olacaq: “Borçalı cəmiyyəti olaraq, artıq 3- ildir ki, Azərbaycan Gürcüstan dövlətçiliyinin möhkəmləndirilməsi, iki xalq arasında etimad mühitinin yaradılması, iqtisadi, siyasi mədəni əlaqələrin inkişaf etdirilməsi möhkəmləndirilməsinə əməli töhfələr verən layihələr həyata keçiririk. Borçalı İctimai Cəmiyyəti Gürcüstanın Dmanisi rayonunun Armudlu kəndində düzənlədiyi artıq xoş bir ənənə halını almış 3-Borçalı türklərinin elat bayramına hazırlaşır. Ötən illərdəki Elat bayramlarında türk dünyasının daha geniş coğrafiyasını təmsil edən dəyərli soydaşlarımız, o cümlədən Anadoludan eyni zamanda Güney Azərbaycandan qardaşlarımız gürcü elitası iştirak etdilər. Bu ilki Elat bayramında həmin möhtəşəmliyin bir daha yaşanacağına əminik”.

Qeyd edək ki, Borçalı İctimai Cəmiyyəti hər il Elat bayramında elat dəyərlərinin qorunması inkişafındakı xidmətləri nəzərə alaraq 10 nəfərəEl adamıfəxri diplomunu verir.

Borçalı İctimai Cəmiyyəti İdarə Heyəti adından soydaşlarımıza müraciət ünvanlanıb.

Tədbirin sonunda 22 iyul Mətbuat Günü münasibətilə bir qrup jurnalistəBorçalı Cəmiyyətinin dostumükafatının təqdimetmə mərasimini keçirib.

Ceyhun ABASOV

 





25.07.2014    çap et  çap et