525.Az

Riçard Morninqstar: “ABŞ Azərbaycanda iğtişaş yaratmaq istəmir”


 

Riçard Morninqstar: “ABŞ Azərbaycanda iğtişaş yaratmaq istəmir” <b style="color:red"></b>

 Mən həmişə Azərbaycanın dostu olmuşam olacağam. Ötən iki il ərzində mənim etdiklərim dediklərim bir məqsəd güdüb. Azərbaycan demokratik bazar iqtisadiyyatına əsaslanan ölkəyə çevrilməsi istiqamətində irəliləyiş əldə etmək üçün əməkdaşlıq etmək”.  APA-nın xəbərinə görə, bu sözləri ABŞın ölkəmizdəki səfiri Riçard Morninqstar səlahiyyətlərinin bitməsi münasibətilə keçirilən vida mərasimində çıxışı zamanı deyib.

O qeyd edib ki, o Azərbaycana 1995-ci ildən səfər edib bir çox azərbaycanlıları özünə dost hesab edir: “Səfir olmaq mənim üçün şərəf məmnuniyyət idi mən getdiyimə görə kədərlənirəm”.

Birləşmiş Ştatların Azərbaycanın suverenliyi müstəqilliyini dəstəkləyəcəyini bildirən səfir vurğulayıb ki, o Azərbaycana ilk dəfə təqribən 20 il əvvəl səfər edəndə bura fərqli bir yer idi: “Dağlıq Qarabağ  münaqişəsi ilə bağlı hərbi əməliyyatlar dayandırmaq üçün atəşkəs imzalanmışdı. İqtisadiyyat böhran vəziyyətində idi. Lakin Azərbaycan  o vaxtdan  bəri böyük iqtisadi inkişafa nail olub ölkənin əksər hissəsi əhəmiyyətli dərəcədə müsbət dəyişilib. İndi  Bakı  iyirmi il bundan öncəki şəhərdən xeyli fərqlənir. Azərbaycan xalqı çox böyük çətinliklərin öhdəsindən gəlib siz bununla fəxr etməlisiniz”.

Səfir çıxışında digər məsələrə toxunub. O deyib ki, Birləşmiş Ştatlar Azərbaycanda hər hansı bir şəkildə qeyri- sabitlik ya iğtişaş yaratmaq istəmir: “Gələcəyə baxaraq ümid edirəm ki, ikitərəfli əlaqələrimizin önəminin daha yaxşı anlaşılması dəyərləndirilməsi artacaq. Biz əlaqələrimizi dərinləşdirməyin yollarını araşdırmaqda davam edəcəyik”.

Səfir həmçinin qeyd edib ki, Azərbaycan ABŞ bəzi məsələlərə fərqli yanaşır: “Lakin hər bir tərəfdaşla olduğu kimi davamlı dialoq mühümdür. Bizim fikir ayrılıqlarımız ola bilər, lakin biz dialoqu davam etdirməliyik”. R.Morninqstar qeyd edib ki, Azərbaycan mürəkkəb məkanda yerləşir: “Azərbaycan öz suverenlik müstəqilliyini qoruyub saxlamağa çalışdığı bir vaxtda biz onun yanında olmalıyıq. Biz bilirik ki, hökumətin ən ümdə məsələsi sabitliyi qorumaqdır. Azərbaycanda sabitliyi qoruyub saxlamağa biz kömək etmək istəyirik”. 

Qarabağ probleminə toxunun Morninqstar qeyd edib ki, münaqişəyə birdəfəlik son qoymaq üçün yeni cəhdlərə ehtiyac var: “Sülh regiondakı insanlara əhəmiyyətli faydalar gətirəcək Azərbaycanın gələcək rifahını təmin edəcək”.

R.Morninqstarın sözlərinə görə, ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə işini davam etdirəcək.

O, özünün Cənub Qaz Dəhlizinin gerçəkləşdirilməsinə təkan verməkdən çox məmnun olduğunu da deyib. Səfir həm qeyd edib ki, Azərbaycan öz suverenliyini  müstəqilliyini bir çox cəhətdən nümayiş edib: “Təzyiqlərə baxmayaraq, Azərbaycan BakıTbilisi-Ceyhan kəmərinin çəkilməsinə sadiq qaldı. Bu kəmər Azərbaycanın iqtisadi inkişafının təməl daşı olub. Birləşmiş Ştatlar kəməri dəstəklədilər, çünki o, Azərbaycan qonşu Gürcüstana öz suverenlik müstəqilliklərini qoruyub saxlamağa kömək etdi”. 

Onun sözlərinə görə, Azərbaycanın Gürcüstan, Türkiyə Avropaya qaz nəql edəcək Cənub Qaz Dəhlizinə sadiqlik nümayiş etdirməsi eyni dərəcədə cəsarətli addım idi: “Ümidvaram ki, ikitərəfli iqtisadi əməkdaşlığımız yalnız enerji sahəsində deyil, digər sahələrdə inkişaf edəcək. Ümid edirəm ki, ikitərəfli ticarət sərmayələr daha da artacaq”. 

Riçard Morninqstar jurnalistlərin Kəlbəcərdə azərbaycanlıların girov götürülməsi ilə bağlı sualına cavabında deyib ki, təmas xəttində baş verən hər hansı bu kimi digər xoşagəlməz hallar faciəvi itkilər çox ağrılıdır: “Bilirəm ki, təmas xəttindəki hadisələr həmsədrləri çox narahat edir bu bir daha bu dəhşətli münaqişənin tez bir zamanda nizamlanmasının əhəmiyyətini vurğulayır”.

ABŞ-ın Azərbaycana yeni səfirinin Azərbaycana zaman gələcəyi ilə bağlı suala cavabında R. Morninqstar yeni səfirin namizədliyinin tez bir zamanda təsdiqlənəcəyinə ümidvar olduğunu bildirib: “Bildiyiniz kimi Konqresimiz bütün namizədlərin təsdiqini tədricən həyata keçirir. Bunun cənab Robert Cekuta ya Azərbaycan ilə heç bir bağlılığı yoxdur”.

Səfir qeyd edib ki, yeni səfirə ötən illər ərzində həyata keçirilən prinsiplərə sadiq qalmasını, ölkələrimiz arasındakı əlaqələrin əhəmiyyətinə diqqət yetirməyi ölkələrimiz arasındakı əlaqələrin müxtəlif cəhətlərinə əhəmiyyət verməyi tövsiyə edib: “Əminəm ki, o öz işini çox yaxşı yerinə yetirəcək”.

 





25.07.2014    çap et  çap et